Əhməd Davudoğlu: "Bakı ilə müqayisədə Yerevan geridə qalmış bir kənd kimi görünür"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT kanalında "Açı" proqramında politoloqlarla söhbətində Azərbaycanda gedən tərəqqidən bəhs etmişdir.
Əhməd Davudoğlu demişdir ki, "hər dəfə Bakıya gedərkən şəhərin gözəlləşməsindən qürur duyuram". Azərbaycanda sürətli iqtisadi inkişafdan əldə olunan gəlirin bir hissəsinin də paytaxt Bakının abadlaşmasına yönəldildiyini vurğulayan türkiyəli nazir qeyd etmişdir ki, gündən-günə gözəlləşən Bakı ilə Yerevanı müqayisə etdikdə, sonuncu geridə qalmış bir kənd kimi görünür.
Türkiyənin xarici işlər naziri Azərbaycanın nüfuzlu "Evrovision-2011" mahnı müsabiqəsində qələbəsini də ölkəmizin inkişafının bir əlaməti kimi dəyərləndirmiş, bundan böyük sevinc hissi keçirdiyini söyləmişdir.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2011.-26 may.- S. 3.