Q.M.İsrafilovun Azərbaycan
Respublikasının Birləşmiş Millətlər Təşkilatının
Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı, Birləşmiş
Millətlərin Sənaye İnkişafı Təşkilatı,
Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və
Nüvə Sınaqlarının Tamamilə Qadağan
Olunması üzrə Müqavilə Təşkilatı
yanında daimi nümayəndəsi təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Qalib Malik oğlu İsrafilov
Azərbaycan Respublikasının Birləşmiş Millətlər
Təşkilatının Vyana şəhərindəki
bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı, Birləşmiş Millətlərin Sənaye
İnkişafı Təşkilatı, Nüvə Enerjisi
üzrə Beynəlxalq Agentliyi və Nüvə
Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə
Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi
təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2011-ci il
Azərbaycan.- 2011.- 27 may.- S.
3.