Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident, əziz qardaşım!

Dost və qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə zati-alilərinizi, əziz qardaşımı türk xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycanın müstəqilliyini qazandığı gündən bəri keçdiyi yol təqdirəlayiqdir. Azərbaycanın müvəffəqiyyətlərini öz uğurlarımız hesab edirik.

Gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan qədim və köklü əlaqələrimiz gələcəkdə də birgə səylərimizlə atılacaq konkret addımlarla daha da inkişaf edəcəkdir.

Bu istiqamətdə atacağımız addımlar ikitərəfli əlaqələrimizi inkişaf etdirməklə yanaşı, Qafqazda sülh, firavanlıq və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verəcək, bu bölgəni beynəlxalq cazibə mərkəzinə çevirəcəkdir.

Bu münasibətlə Sizə səmimi qəlbdən cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı üçün ən səmimi diləklərimi çatdırıram.

 

 

Abdullah GÜL,

Türkiyə Respublikasının Prezidenti

 

Azərbaycan.- 2011.-27 may.- S. 1.