Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident Əliyev!
Azərbaycan
Respublikasının Milli bayramı - Respublika Günü
münasibətilə Serbiya Respublikasının vətəndaşları
adından və şəxsən öz adımdan ölkənizin
və vətəndaşlarınızın gələcək
tərəqqisi və rifahı naminə Sizə səmimi təbriklərimi
və ən xoş arzularımı çatdırıram.
Əminəm ki, Sizin Serbiya
Respublikasına qarşıdakı rəsmi səfəriniz
dialoqun davam etdirilməsi üçün yaxşı imkan
yaradacaq, Serbiya Respublikası və Azərbaycan Respublikası
arasında dövlətlərimizin və
xalqlarımızın dostluğuna söykənən hərtərəfli
münasibətlərin intensivləşdirilməsinə
yardım edəcəkdir.
Cənab Prezident, mənim dərin
ehtiramımı qəbul edin.
Boris TADİÇ,
Serbiya Respublikasının
Prezidenti
Azərbaycan.- 2011.-27 may.- S. 2.