Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Əziz qardaşım!
Qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu əziz gündə Azərbaycan xalqının haqlı qürur, xoşbəxtlik və sevinc duyğularına ürəkdən şərik oluruq.
İki ölkə arasında sarsılmaz təməllərə söykənən qədim və əbədi münasibətlərimiz xalqlarımızın tarixi sevgi və məhəbbətindən güc alaraq sürətlə inkişaf etməkdədir.
Bənzərsiz Türkiyə-Azərbaycan əlaqələri qarşılıqlı səylərimizlə inkişaf etməkdədir və bölüşdüyümüz Avrasiya coğrafiyasında nümunəvi örnək modelidir.
Qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əməkdaşlığımızı və güclü həmrəyliyimizi bölgəmizin sülh və əmin-amanlığına töhfə verəcək bir şəkildə inkişaf etdirməkdəyik. Bu əməkdaşlıq nümunəsinin bütün Qafqaz bölgəsinə hakim olacağına və səylərimizin mütləq müsbət nəticələr verəcəyinə inanıram.
Bu fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının firavanlığı və əmin-amanlığı üçün ən gözəl arzularımı çatdırıram.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının
Baş naziri
Azərbaycan.- 2011.-27 may.- S. 2.