Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Ölkənizin Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.
Münasibətlərimiz sıx tarixi və mədəni əlaqələrimizə, eyni zamanda, sülh və inkişaf istiqamətində ortaq istəklərimizə söykənir. Xalqlarımızın rifahı naminə müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin daha da inkişaf edəcəyinə ümidvaram. Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirirəm.
Pratibha Devisinqh
PATİL,
Hindistanın Prezidenti
Azərbaycan.- 2011.-27 may.- S. 2.