Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə
Cənab Prezident!
Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına öz adımdan, eyni zamanda, xalqımın adından səmimi təbriklərimi çatdırıram.
Almaniya gələcəkdə də Sizin ölkənizlə dostluq əlaqələrinin gücləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi üçün səy göstərəcəkdir.
Biz iqtisadi, ilk növbədə, enerji sahəsində maraqlarımızla bərabər, dəyərlər və hüquqlar haqqında siyasi dialoqumuzu davam etdirmək istəyirik. Bu mövzular, həmçinin Almaniya tərəfindən fəal müşayiət olunan "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında assosiativ sazişə dair aparılan danışıqları əhatə edir.
Sizə uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.
Sizin
Kristian VULFF,
Almaniya Federativ Respublikasının Prezidenti
Azərbaycan.- 2011.- 27 may.- S.
2.