Britaniya-Azərbaycan parlament qrupunun nümayəndə heyəti Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar

 

Azərbaycanda səfərdə olan Britaniya-Azərbaycan parlament qrupunun nümayəndə heyəti mayın 26-da Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb nəticələri barədə söhbət aparılmışdır.

Ə.Həsənov Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə yaranmış qaçqın məcburi köçkünlər ordusu, onların, habelə "qaçqın" statusu almaq niyyətində olan şəxslərin sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülən işlər və problemlər haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, münaqişə nəticəsində 250 min azərbaycanlı Ermənistandan qovulmuş, 700 min soydaşımız Dağlıq Qarabağ ətraf rayonlardan didərgin düşmüş, məcburi köçkün kimi respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmış, işğal nəticəsində Azərbaycana 60 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. İşğal altındakı rayonların əmlakı Ermənistana daşınmışdır.

Qaçqınların məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlərdən danışan Baş nazirin müavini bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər rayonlarında qaçqın məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. Müasir standartlara uyğun təhsil, səhiyyə, rabitə mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir.

Ə.Həsənov Ermənistanın hələ öz işğalçılıq siyasətindən əl çəkmədiyini mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymadığını təəssüf hissi ilə qeyd etmişdir.

Nümayəndə heyətinin rəhbəri Mark Field təmsil etdiyi qurumun Azərbaycanla dostluq əlaqələrinə yüksək dəyər verdiyini bu əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən təsirləndiyini qeyd edən Britaniya-Azərbaycan parlament qrupunun nümayəndə heyətinin rəhbəri demişdir: "Ermənistan zəngin ölkə deyil, Azərbaycan isə sürətlə inkişaf edir. Ermənistan bu amili nəzərə almalıdır".

M.Field Azərbaycana dördgünlük səfər çərçivəsində bölgələrə səfər etmək, qaçqın məcburi köçkünlərin vəziyyəti ilə yerindəcə tanış olmaq, cəbhə bölgəsindəki vəziyyəti görmək istədiyini nəzərə çatdırmışdır.

Sonra Əli Həsənov nümayəndə heyətinin üzvlərini maraqlandıran sualları cavablandırmışdır.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən buklet filmin diski təqdim olunmuşdur.

Görüşdə Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya beynəlxalq təşkilatlarla şöbəsinin müdiri Qurban Sadıqov da iştirak etmişdir.

 

 

Azərbaycan.- 2011.-27 may.- S. 5.