Azərbaycan Diplomatik
Akademiyasında Əfqanıstanın dövlət rəsmiləri
üçün treninq sona çatmışdır
Azərbaycan Diplomatik Akademiyası (ADA) və Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzinin ADA-da 2 həftə davam edən "Dövlət İdarəçiliyi Kursu: Keçid Dövrünün Tənzimlənməsi" mövzusunda təlimlər başa çatmışdır. Tədbirə Əfqanıstanın Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Qadın İşləri Nazirliyi, Baş Prokurorluq, Milli Məclis və məhkəmə sistemində təmsil olunan 19 dövlət rəsmisi cəlb olunmuşdur.
Kursların başa çatması münasibətilə təşkil olunan mərasimdə xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev qeyd etmişdir ki, bu, ADA-nın Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzi ilə Əfqanıstan rəsmiləri üçün təşkil etdiyi 2-ci birgə kursdur. Keçən il olduğu kimi, bu il də təlimlərin maraqlı və faydalı olduğunu, iki qardaş xalq arasında yalnız akademik deyil, mədəni dialoqun artmasına töhfə verdiyini xatırladan H.Paşayev bildirmişdir ki, Əfqanıstan rəsmiləri üçün təlim ümumiyyətlə Azərbaycan hökumətinin adıçəkilən ölkəyə qeyri-hərbi yardım siyasətinin bir hissəsidir.
İsveçrənin Azərbaycandakı səfiri, xanım Sabina Ulmann diqqətə çatdırmışdır ki, Azərbaycan Diplomatik Akademiyasının Əfqanıstan rəsmilərinə göstərdiyi dəstək layihəyə cəlb olunan digər 3 ölkə - Norveç, Finlandiya və İsveçrə tərəfindən yüksək qiymətləndirilir. Xanım Ulmann layihəyə ev sahibliyi etməklə yanaşı, professor-müəllim heyətinin oxuduqları mühazirələrə görə ADA-ya təşəkkürünü bildirmişdir.
Daha sonra kurs iştirakçılarına
sertifikatlar təqdim olunmuşdur.
Azərbaycanda olduqları
müddətdə təlimin 19 dinləyicisi rəsmi Kabilin
xarici siyasəti və siyasi birliyin əldə olunması,
münaqişələrin təhlili, korrupsiya ilə
mübarizə, cəmiyyətdə etimadın qurulması,
mütəşəkkil cinayətkarlıqla mübarizə,
narkotiklərin cəmiyyətdə yaratdığı problemlər,
azad, müstəqil və siyasətdən kənar məhkəmə
sisteminin qurulması, media ilə hökumətin münasibətləri,
əfqan qaçqınlarının reinteqrasiyası və məcburi
köçkünlərin problemlərinin həlli, ölkənin
miqrasiya siyasətinin qurulması, diasporun yenidənqurma işlərinə
cəlb olunması, vətəndaş təhlükəsizliyinin
təmin edilməsi, qanunun aliliyi, plüralist sistemdə
münaqişə və sülhün qurulması, vətəndaş
cəmiyyətində ədalət və təhsilin
inkişafı mövzularında mühazirələr dinləmişlər.
Xatırladaq ki, son iki ildə
Azərbaycan Diplomatik Akademiyası və Cenevrənin Təhlükəsizlik
Siyasət Mərkəzi Azərbaycanda 37 Əfqanıstan rəsmisinə
təlim keçmişlər. Həmçinin, qonaqlara Azərbaycanın
tarixi-mədəni irsi ilə
AzərTAc
Azərbaycan.- 2011.-27 may.- S. 5.