Nigar Camal Eldar Qasımovla görüş

 

Mayın 26-da "Azercell" Telekom MMC-nin prezidenti Ali Ağan Azərbaycana qələbə gətirən sənətçilərlə - Nigar Camal Eldar Qasımovla görüşüb.

"Azercell" şirkətinin əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə Ali Ağan şirkət adından gənc müğənniləri təbrik edib bütün Azərbaycanın bu istedadlı gənclər ilə fəxr etdiyini bildirərək bizə tarixi qələbəni yaşatdığı üçün onlara təşəkkürünü bildirib. Şirkətin rəhbəri onu da əlavə etdi ki, bu, tək Azərbaycanın deyil, ümumilikdə bütün türk dünyasının qələbəsi idi. Əminliklə deyə bilərik ki, "Eurovision" musiqi yarışmasındakı qalibiyyətimiz, eyni zamanda, mədəniyyətdə deyil, bütün sahələrdə müşahidə olunan nailiyyətlərin göstəricisidir. Bu mədəni hadisə beynəlxalq aləmdə Azərbaycanın daha yaxşı tanınmasına şərait yaradacaq.

"Azercell" prezidenti "Eurovision" təmsilçilərinə gələcək yaradıcılıq uğurları arzulayıb.

Görüş zamanı "Azercell" tərəfindən Nigar Camal Eldar Qasımova qiymətli hədiyyələr - BlackBerry telefonları İpad 2 planşetləri təqdim edilib. Sənətçilər təbriklərə görə "Azercell" nümayəndələrinə təşəkkür edərək bundan sonra da Azərbaycanı layiqincə təmsil edəcəklərini bildiriblər.

 

 

Azərbaycan.- 2011.-27 may.- S. 5.