Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab
Prezident!
Milli bayramınız
- Respublika Günü
münasibətilə Sizin ölkənizə
və Azərbaycan xalqına firavanlıq arzulayıram.
Azərbaycan Cənubi Qafqazda Polşanın çox vacib tərəfdaşıdır,
iki dövlətin hökumətləri arasındakı
fəal dialoq və artan iqtisadi
mübadilə buna sübutdur. Həmçinin hər iki tərəf üçün
faydalı olan enerji layihələrinin üzərində işlərin
davam etdirilməsinə
ümid edirik. Polşa üçün mühüm
olan Avropa İttifaqında sədrliyimiz
zamanı şəxsən
Azərbaycana səfər
edə biləcəyimə
görə şadam.
Sizi əmin etmək istərdim ki, Polşa Azərbaycanda siyasi və iqtisadi islahatlar prosesini dəstəkləyir,
həmçinin Avropaya
inteqrasiya məsələləri
ilə bağlı öz təcrübəsini
bölüşməyə hazırdır. Azərbaycanı Avropa İttifaqı
ilə əlaqələrin
sıxlaşması naminə
səy göstərməyə,
xüsusən də Şərq tərəfdaşlığı
çərçivəsində fəal əməkdaşlığa
çağırıram.
Mən bir daha Sizə
və Azərbaycan xalqına ürəkdən
xoşbəxtlik və
əmin-amanlıq arzulayıram.
Dərin hörmətlə,
Bronislav KOMOROVSKİ,
Polşa Respublikasının Prezidenti
Azərbaycan.- 2011.- 28 may.-
S. 3.