Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Sizi Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qazaxıstan ilə Azərbaycan arasındakı qardaşlıq dostluq əlaqələrini nəzərə alaraq ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə böyük potensialın olduğuna, həmçinin iki ölkənin inam qarşılıqlı anlayışa əsaslanan tərəfdaşlığının gələcəkdə xalqlarımızın mənafeyi üçün intensiv inkişaf edəcəyinə tam əminəm.

Bu fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, işlərinizdə uğur, bütün təşəbbüslərinizdə müvəffəqiyyət, dost qardaş Azərbaycan xalqına isə sülh tərəqqi arzu edirəm.

Hörmətlə,

 

 

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2011.- 28.- S.  3.