Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Möhtərəm Prezident!
Azərbaycan Respublikasının Milli bayramını - Respublika Gününü qeyd etməyə hazırlaşdığı
bir vaxtda Sizi Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməkdən böyük
məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm
cansağlığı və
uğurlar, dost Azərbaycan
xalqına tərəqqi
və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı
dostluq və əməkdaşlıq əlaqələrinin
daha da möhkəmləndirilməsi
naminə Sizinlə birlikdə fəaliyyət
göstərmək əzmində
olduğumu bildirirəm. Əminəm ki, bundan xalqlarımız
daha çox faydalanacaqdır.
Möhtərəm Prezident,
səmimi təbriklərimi
qəbul etməyinizi rica edirəm.
Əbdüləziz BUTEFLİKA,
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
Azərbaycan.- 2011.- 28 may.- S. 3.