Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli İlham
Heydər oğlu!
İcazə verin, Sizi və Sizin
şəxsinizdə dost Azərbaycan
xalqını Milli bayram - Respublika Günü münasibətilə
təbrik edim.
Azərbaycanın ictimai-siyasi həyatda sanballı uğurlarını,
ölkənizin mühüm
iqtisadi, resurs və insan potensialının
fəal reallaşdırılmasını,
onun beynəlxalq aləmdə artan nüfuzunun tərəqqi və firavanlıq yolu ilə irəliləyişi
davam etdirməyə imkan yaratmasını Özbəkistanda böyük
məmnuniyyətlə qeyd
edirlər.
Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında yaranmış möhkəm etimad və qarşılıqlı
anlaşma münasibətləri,
çoxşaxəli əməkdaşlıq
bundan sonra da xalqlarımızın mənafeyi naminə ardıcıl inkişaf etdiriləcəkdir.
Hörmətli İlham
Heydər oğlu, fürsətdən istifadə
edib Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, Sizin
ali dövləti fəaliyyətinizdə hər
cür uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İslam KƏRİMOV,
Özbəkistan Respublikasının Prezidenti
Azərbaycan.- 2011.-28 may.- S.
3.