Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan zati-alinizi və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edir, gündən-günə inkişaf edən və qüdrətlənən Azərbaycan Respublikasına yeni nailiyyətlər və əmin-amanlıq arzulayıram.

TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən zati-alinizin yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan dünya mədəni həyatında öz layiqli yerini tutmaqda və yeni uğurlar qazanmaqdadır.

"Eurovision-2011" müsabiqəsində iştirak edən Azərbaycan təmsilçilərinin parlaq qələbəsi zəngin türk mədəniyyətinin bir hissəsi olan Azərbaycan mədəniyyətinin və incəsənətinin qələbəsidir. Bu, hamımızın, bütün türk dünyasının sevincidir. Belə şərəfli zəfərlərin gələcəkdə də qazanılacağına inamımız hədsizdir.

Bu duyğularla zati-alinizi və Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin hörmət və ehtiramımı izhar edirəm.

 

 

Düsen KASEİNOV,

TÜRKSOY-un Baş katibi

 

Azərbaycan.- 2011.-28 may.- S.3.