Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Rusiya Federasiyası Stavropol diyarının bütün sakinləri adından Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Stavropol diyarı və Azərbaycan Respublikası dostluq telləri ilə bir-birinə bağlıdır. Bizim səmərəli əməkdaşlığımız ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Əminəm ki, Stavropol ilə Azərbaycan arasında yaranmış tərəfdaşlıq münasibətləri çox böyük potensiala malikdir və bağlanmış ikitərəfli saziş çərçivəsində planauyğun şəkildə inkişaf edəcəkdir. Bu əlamətdar gündə Azərbaycan Respublikasına və onun bütün sakinlərinə firavanlıq, sülh və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
Valeri QAYEVSKİ,
Azərbaycan.- 2011.- 28 may.- S. 3.