Fuad Ələsgərov:
"Səkkiz nəfər,
o cümlədən Eynulla Fətullayev Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü
əsasında əfv
olunub"
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə əlaqədar imzaladığı sərəncamla bağlı APA-ya müsahibə verib.
- Əfv sərəncamı barədə
nə deyə bilərsiniz?
- Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi humanizm ənənələrini davam etdirərək növbəti əfv sərəncamı imzalayıb. Ümumilikdə bu sərəncam 90 nəfərə şamil olunub. Onlardan 70 şəxsin azadlıqdan məhrumetmə cəzasından, 10 şəxsin azadlığın məhdudlaşdırılması cəzasından, 2 şəxsin islah işləri cəzasından və 6 şəxsin cərimədən azad olunması, 2 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldılması nəzərdə tutulur. Əfv edilənlər sırasında 8 nəfər digər dövlətlərin vətəndaşları da var.
- Siyahı tərtib olunarkən müraciətlər nəzərə alınmışdırmı?
- Əfv Komissiyasında 300 nəfər barədə müraciətə baxılıb, məhkumların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onların səhhətləri, ailə vəziyyətləri, cəza çəkdikləri müddətdə islah olunmaları nəzərə alınaraq yalnız 82 nəfər əfv üçün tövsiyə edilib. Xüsusi qeyd etmək istərdim ki, 8 nəfər komissiya tərəfindən müzakirə olunmadan cənab Prezidentin şəxsi təşəbbüsü əsasında əfv olunub.
Bunlar ABŞ səfirliyinin binası ətrafında tikililərin
sökülməsi ilə
əlaqədar ödənilməli
olan kompensasiyaları mənimsədiyinə görə
məhkum edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq
birinci müavini Eldəniz Lahıcov, Əli İnsanovun cinayət işi ilə əlaqədar korrupsiya əməllərinə görə məhkum edilmiş
Fəxrəddin Abbasov,
Pərviz Kazımov, Akif Məhərrəmov, Anar Namazov, Eldar
Rzayev, hakimiyyət və qulluq mövqeyindən sui-istifadə
edərək cinayət
əməlləri törətmiş
Bakı şəhər
Nizami rayonu 23-cü Polis Bölməsinin sabiq rəisi Müşviq Mədətov,
"Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan"
qəzetlərinin sabiq
təsisçisi və
baş redaktoru Eynulla Fətullayevdir
Azərbaycan.- 2011.-28 may.- S. 4.