Respublika Gününə həsr edilmiş kitab bayramı keçirilmişdir

 

Filarmoniya bağında 28 May - Respublika Gününə həsr edilmiş Kitab bayramı keçirilmişdir.

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin IV Ümumrespublika ənənəvi kitab bayramı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə yeni nəşr olunmuş kitabların satış-sərgisi ziyarətçi və alıcıların böyük marağına səbəb olmuşdur.

Kitab bayramında respublikanın nəşriyyatlarında çap olunmuş kitabların satışı, N.Nərimanovun, M.S.Ordubadinin, C.Məmmədquluzadənin, C.Cabbarlının və başqa tanınmış klassiklərin, habelə müasir yazıçıların əsərlərinin müxtəlif mövzular üzrə sərgisi təşkil edilmişdir.

Kitab bayramında Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin nəfəs alətləri orkestri, xalq çalğı alətləri ansamblı, kamera orkestri, simfonik orkestr, estrada ansamblı və mədəniyyət mərkəzlərinin muğam üçlükləri rəngarəng musiqi proqramı ilə çıxış etmişlər.

 

 

Azərbaycan.- 2011.- 28 may.- S.10.