ABŞ konqresmenləri Azərbaycanı milli bayram - Respublika Günü münasibətilə təbrik etmişlər

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, ABŞ Konqresinin üzvləri Bill Şuster Virciniya Foks Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə ABŞ Nümayəndələr Palatasında təbrik bəyanatları ilə çıxış etmişlər.

Konqresmen Bill Şuster ABŞ şirkətlərinə Xəzərin enerji resurslarını hasil etmək imkanının ilk dəfə Azərbaycan tərəfindən yaradıldığını Azərbaycanın indi qlobal enerji təhlükəsizliyində əsas oyunçuya çevrildiyini qeyd etmişdir. Konqresmen demişdir: "Cənubi Qafqaz bölgəsinin inkişafına təkan verən ən uğurlu layihə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizinin karbohidrogen resurslarını ABŞ-a Avropadakı tərəfdaşlarımıza çatdıran əsas arteriya rolunu oynamaqdadır. Vurğulamaq lazımdır ki, Azərbaycan 2009-cu ildə İsrailin idxal etdiyi xam neftin 1/4-ni təmin etmişdir ABŞ-ın dəstəklədiyi "Nabukko" qaz kəməri üçün hazırda əsas potensial təchizatçı hesab olunur."

Virciniya Foks isə bəyanatında demişdir ki, Rusiya ilə İran, Avropa ilə Asiya arasındakı strateji bölgədə yerləşən Azərbaycan sabit dünyəvi dövlət olaraq, dünyanın bu hissəsində müsəlman, yəhudi xristianların dinc şəraitdə birgə yaşadıqları azsaylı ölkələrdən biridir. Konqresmen qeyd etmişdir ki, Azərbaycan son 20 ildə böyük inkişaf yolu keçmiş strateji cəhətdən önəmli bir bölgədə ABŞ-ın əsas müttəfiqinə çevrilmişdir. Foks əlavə etmişdir ki, ABŞ-Azərbaycan tərəfdaşlığı ümumi dəyərlərə vahid məqsədlərə əsaslanaraq, regional təhlükəsizliyin əsas komponentini özündə ehtiva edir. Azərbaycana etdiyi son səfəri zamanı müdafiə naziri Robert Qeytsin qeyd etdiyi kimi, Azərbaycan ABŞ NATO-nun Əfqanıstandakı əməliyyatlarına çoxşaxəli dəstək göstərir Əfqanıstana quru dəniz vasitəsilə göndərilən yüklərin təxminən 25 faizinin tranzitini təmin etməklə Şimali Bölgü Şəbəkəsinin əsas hissəsini təşkil edir.

Qeyd etmək lazımdır ki, konqresmen Bill Şuster ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri, konqresmen Virciniya Foks isə həmin qrupun üzvüdür.

 

 

Şəfəq Akifqızı,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.- 28 may.- S. 11.