Parisdə Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

 

Azərbaycanın Fransadakı səfirliyi ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyi Parisin məşhur Dofin zalında 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişlər. Səfir Elçin Əmirbəyov qonaqları qəbul etmişdir.

Tədbirdə Fransanın rəsmiləri, ictimaiyyətin nümayəndələri, akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri tələbələrimiz iştirak etmişlər.

Təntənəli mərasimdə Azərbaycanın əməkdar artisti Elşən Mansurovun rəhbərlik etdiyi trionun ifasında milli musiqimizdən nümunələr səsləndirilmiş, Fransada yaşayan gənc müğənni Təranə Allahverdiyeva Azərbaycan mahnılarını ifa etmiş, gənclərimiz şən oynaq musiqi sədaları altında rəqs etmişlər.

Tədbir iştirakçılarına milli mətbəximizin nümunələri təqdim olunmuşdur.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.-28 may.- S. 11.