28 May - Respublika Günü Vyanada da qeyd edilmişdir

 

Mayın 26-da Azərbaycanın Avstriyadakı səfirliyində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Ölkəmizin Avstriyadakı müvəqqəti işlər vəkili Şamil Ələsgərov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vyanadakı hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev səfirliyə gələn qonaqları səmimiyyətlə qarşılamışlar.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Ş.Ələsgərov qonaqları 28 May - Respublika Günü münasibətilə təbrik etmişdir. Diplomat vurğulamışdır ki, bu il respublikamızda Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü geniş qeyd ediləcəkdir. Bu gün Azərbaycan sürətlə inkişaf edən sabit iqtisadi cəhətdən tam şəkildə öz daxili resurslarına arxalanan ölkədir. İqtisadi inkişaf tempinə görə Azərbaycan son illər ərzində dünyada bənzəri olmayan sürətlə inkişaf etmişdir. Müasir inkişaf yolunu seçmiş Azərbaycanda demokratik hüquqi dövlətin quruculuğu yolunda fəaliyyət uğurla davam etdirilir.

Rəsmi qəbulda Avstriyanın dövlət hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun beynəlxalq təşkilatların təmsilçiləri, həmvətənlərimiz iştirak etmişlər.

 

 

Elgün NiftƏliyev,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2011.- 28  may.- S. 11.