Dünya Tütünlə
Mübarizə Gününə
həsr olunmuş seminar keçirilmişdir
Mayın 27-də "İrəli" Gənclik Mərkəzində 31 May Dünya Tütünlə Mübarizə Gününə həsr olunmuş tibbi maarifləndirmə seminarı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Assosiasiyasının "Tütünə Yox De!" layihəsi çərçivəsində keçirilmişdir.
Seminarda tütünün zərəri haqqında faktlar, ürək-qan damar sisteminə təsiri, passiv siqaret çəkmənin orqanizmdə törətdiyi fəsadlar, tütünün ağciyər və onkoloji xəstəliklərin yaranmasındakı rolu haqqında müzakirələr aparılmışdır.
Layihənin məqsədi gənclərə tütünün insan orqanizminə vurduğu zərər və siqaret çəkən şəxsin özü ilə bərabər digər insanların da sağlamlığına ziyan vurması haqqında geniş məlumat verməkdir.
Xatırladaq ki, "Dünya Tütünsüz Günü" 1988-ci ildən mayın 31-dən Dünya Səhiyyə Təşkilatı tərəfindən qeyd edilir. "Dünya Tütünlə Mübarizə Gününün qeyd olunması insanları, dövlətləri, vətəndaş cəmiyyətlərini bir arada birləşdirib tütünün sağlamlığa vurduğu zərərə qarşı mübarizəyə ruhlandırır.
Azərbaycan.- 2011.-28 may.- S. 14.