Bakıda "Azərbaycan dünya ədəbiyyatında" mövzusunda Beynəlxalq simpozium işə başlamışdır

 

Mayın 27-də Bakıda Xəzər Universitetinin təşkilatçılığı ilə "Azərbaycan dünya ədəbiyyatında" mövzusunda Beynəlxalq simpozium işə başlamışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının Xəzər Universitetinin 20 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Norveç, Yaponiya digər ölkələrin universitetlərinin alim tədqiqatçıları iştirak etmişlər.

Açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Xəzər Universitetinin rektoru John Ryder universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə danışmış, simpoziumun işinə uğurlar arzulamışlar.

Tədbirdə bildirilmişdir ki, simpoziumun məqsədi qədim dövrlərdən etibarən dünya ədəbiyyatında Azərbaycan tarixi, musiqisi, mədəniyyəti, folkloru ümumiyyətlə, Azərbaycan haqqında yazılmış şeir, nəsr, dram əsərlərini, memuarları səyahətnamələri üzə çıxarmaq, alimlərin diqqətini onların sistemli şəkildə tədqiqatına yönəltməkdir.

Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, Ege Universitetinin nümayəndəsi Yavuz Akpınar, Rusiya Elmlər Akademiyası Ümumi Tarix İnstitutunun nümayəndəsi Salavat İsxakov başqalarının mövzu ilə bağlı məruzələri dinlənilmişdir.

"Dil ədəbiyyat", "Tarix, din mədəniyyət" bölmələri üzrə işini davam etdirəcək tədbirdə 100-dək məruzə dinləniləcək, müzakirələr aparılacaqdır.

Simpozium işini mayın 29-da başa çatdıracaqdır.

 

 

Azərbaycan.- 2011.-28 may.- S. 15.