Ucarda
Heydər Əliyev Mərkəzinin açılışı
olmuşdur
Oktyabrın
30-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Ucar
rayonuna səfərə gəlmişdir.
Dövlət
başçısı əvvəlcə ümummilli
lider Heydər Əliyevin Ucar
şəhərinin mərkəzində ucaldılmış
abidəsini ziyarət etdi, önünə
gül dəstəsi qoydu.
Prezident İlham
Əliyevə abidənin ətrafında aparılan
abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, ərazi əsaslı surətdə
yenidən qurulmuş, geniş
yaşıllaşdırma və abadlıq işləri
aparılmış, müasir park salınmışdır. Üç
hektara yaxın sahəsi olan
parkda dörd müasir fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmişdir. Müasir görkəm almış park ucarlılarla yanaşı, rayona
gələn qonaqların da sevimli istirahət guşəsinə çevrilmişdir.
Prezident İlham
Əliyev Heydər Əliyev abidəsinin müəllifi, xalq rəssamı Ömər Eldarov
ilə görüşdü.
Sonra dövlət
başçısı Heydər Əliyev Mərkəzinin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Azərbaycan
Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun
təşəbbüsü ilə milli
memarlıq üslubunda inşa
olunan mərkəzdə ümummilli
liderin zəngin irsinə həsr olunmuş ekspozisiya
zalı vardır. Burada ulu
öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, eləcə də
onun müxtəlif illərdə
respublikamızın bölgələrinə səfərlərini
əks etdirən fotoguşələr
yaradılmışdır. Zalda, həmçinin
ulu öndərin zəngin irsinin
gələcək nəsillərə
çatdırılması üçün
iki virtual tədris sinfi, kitabxana, ümummilli liderə
aid sənədlərin
saxlandığı xüsusi guşə
fəaliyyət göstərir.
Prezident İlham
Əliyev mərkəzin akt zalına
baxdı. Orijinal dizaynda
yaradılan 200 nəfərlik zal rayon və respublika səviyyəli
tədbirlərin keçirilməsi üçün
nəzərdə tutulmuşdur.
Buradakı tədris siniflərində ulu
öndər Heydər Əliyevin həyat və fəaliyyəti
öyrənilməklə yanaşı, onun
mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət
və qayğısı barədə məlumat veriləcəkdir.
Burada həmçinin xarici
dillər mərkəzi, xalça və rəsm
studiyaları yerləşir. Mərkəzdə gənclərin
müasir texnoloji
yeniliklərlə yaxından tanış olmaları, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün
kurslar da təşkil
olunacaqdır. Bunun üçün
internet sinfi və kompyuter mərkəzi qurulmuşdur.
Mərkəzin
üçüncü mərtəbəsində
müasir Azərbaycan rəssamlarının
əsərlərinin nümayiş olunduğu rəsm qalereyası fəaliyyət
göstərir. Gələcəkdə burada
müxtəlif sərgilərin təşkili də nəzərdə
tutulmuşdur.
Mərkəzlə
yaxından tanış olan Prezident İlham ƏLİYEV
rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşərək dedi:
- Əziz
dostlar! Bu gün çox gözəl
bir gündür. Ucarda möhtəşəm Heydər Əliyev
Mərkəzinin açılışına
toplaşmışıq. Bu gözəl
hadisə münasibətilə Sizi ürəkdən
təbrik edirəm. Sizə cansağlığı
arzulayıram. Bu, doğrudan
da, möhtəşəm mərkəzdir,
saraydır. İndi Azərbaycanın
bölgələrində, rayonlarında Heydər Əliyev mərkəzləri
tikilibdir, fəaliyyət göstərir,
tikilməkdədir. Deyə bilərəm ki,
onların içində öz gözəlliyi
və əzəməti ilə seçilən Ucardakı Heydər
Əliyev Mərkəzidir. Həm xarici görünüşü, həm daxili tərtibatı, dizaynı, eyni zamanda, mərkəzin funksional cəhətləri də çox gözəldir. Belə mərkəzlərin
tikintisi ulu öndərin
xatirəsinə Azərbaycan xalqının hörmətinin təzahürüdür.
Eyni zamanda, bu mərkəzlərdə ulu
öndərin siyasi irsi
öyrənilir. Bununla bərabər, belə
mərkəzlərdə müxtəlif tədbirlər də
keçirilməlidir və keçirilir.
Mən çox şadam
ki, bu mərkəzdə
müxtəlif tədbirlərin keçirilməsi üçün çox
gözəl şərait vardır. Rayonun
bütün vacib tədbirləri
burada keçiriləcəkdir. İnternet imkanları vardır, dərnəklər
fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu mərkəz yaşayacaq
və Ucara əlavə yaraşıq verməklə
bərabər, mərkəzin ətrafında insanlar
istirahət edəcəklər, gözəl meydan
yaradılıbdır, böyük
abadlıq işləri aparılıbdır.
Mən
çox şadam ki, Ucarda son illər ərzində abadlıq,
quruculuq işləri uğurla
gedir. Əminəm ki,
gələcək illərdə də bu
meyillər daha da
güclənəcəkdir. Elə etməliyik ki,
hər bir bölgə, hər bir rayon mərkəzi, hər
bir kənd abadlaşsın, gözəlləşsin.
Bunu etmək üçün
imkanlarımız vardır. Belə gözəl mərkəzlərin
yaradılması, gözəl meydanların salınması
göstərir ki, Azərbaycan uğurla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr
uğurla icra edilir. Bütün
uğurlarımızın təməli ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bu il biz müstəqilliyimizin bərpasının
20 illik yubileyini qeyd edərkən bir daha tarixə nəzər salaraq
görürük ki, ulu öndərin Azərbaycan xalqı, Azərbaycan
dövləti qarşısında müstəsna xidmətləri
olmuşdur. Ölkəmiz üçün
ən ağır zamanlarda xalqın tələbi
ilə rəhbərliyə gəlmiş Heydər Əliyev vəziyyəti
sabitləşdirdi və Azərbaycanı inkişaf
yoluna çıxardı. Bu
yaxınlarda müstəqilliklə bağlı tədbirlərdə
bu tarix haqqında
kifayət qədər geniş
danışmışıq. Ölkəmizdə bütün bölgələrdə müstəqilliyin
bərpası ilə bağlı müxtəlif tədbirlər
keçirilmişdir. Azərbaycanda
dövlətçilik əsaslarının qoyulması, hüquqi dövlətin qurulması, demokratik prinsiplərin bərqərar olması
və islahatların aparılması işində Heydər Əliyev
müstəsna xidmətlər göstərmişdir. Bu gün bu
siyasət davam etdirilir.
Biz bu siyasətə sadiqik. Azərbaycan xalqı Heydər Əliyev
siyasətinə sadiqdir, onun
xatirəsinə daim hörmət və
ehtiramını bildirir.
Bu siyasət Azərbaycanda yeni imkanlar açır. Son illər ərzində ölkəmizin bütün bölgələrində geniş quruculuq,
abadlıq işləri aparılır. Hər bir
rayonda işlər görülür,
binalar, məktəblər tikilir,
qazlaşdırma gedir, kommunal
infrastruktur layihələri icra edilir və ölkəmizin
hərtərəfli inkişafı məhz bu
amillərdən asılıdır.
Bizim güclü
iqtisadi potensialımız var,
artıq bu, reallıqdır. Dünyada mövqelərimiz möhkəmlənir
və bu reallıqlarla da
hesablaşırlar. Azərbaycan bu gün regional işlərdə
lider dövlətdir, Cənubi Qafqazda
lider dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 83 faizi
Azərbaycan iqtisadiyyatıdır. Siyasi
sahədə təşəbbüslərimiz bölgədə,
regionda əməkdaşlığın dərinləşməsi
üçün mühüm
rol oynayır. Dünyada
mövqelərimiz möhkəmlənir.
Bu yaxınlarda Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bir
daha ölkəmizin qüdrətini
göstərir. Bir daha
Azərbaycan siyasətinin nə qədər düzgün
olduğunu göstərir. Ölkə
daxilində gedən proseslər, iqtisadiyyatla
bağlı olan məsələlər statistik göstəricilərdə özünü əks etdirir.
Bu məsələlərlə məşğul
olan qurumlar, insanlar, ekspertlər əlbəttə ki, Azərbaycanın uğurlu
inkişafını görürlər və qiymətləndirirlər.
BMT Təhlükəsizlik
Şurasına böyük
üstünlüklə seçilməyimiz isə bütün dünyaya Azərbaycanı
müasir, qüdrətli, böyük
nüfuza malik ölkə
kimi təqdim etdi. Beynəlxalq birlik tərəfindən
Azərbaycana böyük hörmət, etimad, inam göstərilir.
155 ölkə bizi dəstəklədi.
155 ölkə bizi müdafiə etdi, bizə inandı və ümid
etdi. Əlbəttə ki,
biz bu ümidləri
doğruldacağıq. İlk növbədə,
biz Azərbaycan xalqının ümidlərini
doğrulduruq və
doğruldacağıq. Ölkəmizdə aparılan islahatlar və görülmüş
işlər bunun əyani sübutudur.
Bizə inanan tərəfdaşlarımızın,
dost olan ölkələrin
ümidlərini də doğruldacağıq. Biz
dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasında sadiq olduğumuz prinsipləri
müdafiə edəcəyik. İlk
növbədə, ədaləti müdafiə edəcəyik.
Biz bütün
işlərə ədalət nöqteyi-nəzərdən
yanaşırıq. Həm ölkə daxilində gedən
proseslər, həm də xarici siyasətimizlə
bağlı təşəbbüslər ədalət prinsipləri
əsasında qurulubdur.
Biz Təhlükəsizlik
Şurasında beynəlxalq hüququn
keşiyində duracağıq. Biz bütün məsələlərin beynəlxalq
hüquq əsasında həll
olunmasının tərəfdarıyıq. Dünyada
ikinci mexanizm yoxdur, ola da
bilməz. Beynəlxalq hüquq prinsipləri
ona görə dünya
ictimaiyyəti tərəfindən qəbul edilir
ki, bunlar ədalətli
prinsiplərdir. Bizim ədalətli işimiz, Qarabağ
münaqişəsi, torpaqlarımızın işğal
altına düşməsi məsələsi
də yalnız beynəlxalq hüquq
prinsipləri əsasında öz həllini
tapmalıdır.
Bu yaxınlarda üzv olduğumuz BMT Təhlükəsizlik
Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı dörd qətnamə qəbul
etmişdir. Ədalətli qərarlar qəbul
etmişdir.
Ancaq əfsuslar olsun
ki, bu qərarlar icra edilmir.
Artıq
biz bu mötəbər
qurumun üzvüyük.
Artıq dünya miqyasında seçilmiş ölkələrin
sırasındayıq. Əlbəttə ki,
öz maraqlarımızı müdafiə
edəcəyik, Azərbaycanla, bölgə ilə bağlı
həqiqətləri dünya ictimaiyyətinə
daha da geniş
şəkildə çatdıracağıq. Ancaq
onu da qeyd
etməliyik ki, bu səsvermə
bizim üçün
nə qədər sevindirici və qürurverici olsa da, məsuliyyətimizi də bir
o qədər artırır. Biz bu məsuliyyəti
üzərimizə götürməyə hazırıq. Əks
təqdirdə, namizədliyimizi irəli sürməzdik. Eyni zamanda, bu
səsvermə onu göstərir ki, Azərbaycan haqqında dünyada
kifayət qədər məlumatlar vardır. Bəzi hallarda müxtəlif məsələlərdə
dünya birliyinin
fikrinə, rəyinə istinad edilir. Dünya birliyi bütün ölkələrdir.
Onların mütləq əksəriyyəti Azərbaycanın
yanındadır. Yəni, dünya birliyi bizimlədir. Gələcəkdə
dünya birliyinə istinad
edərkən hər hansı bir fikri, yaxud da
ideyanı irəli sürmək istəyəndə bəzi
dairələr bilməlidirlər ki, dünya birliyinin rəyi bax bu səsvermədə öz əksini tapıbdır. Azərbaycan
dünya birliyi tərəfindən
təqdirlə qeyd edilən ölkədir.
Bu böyük nailiyyətdir,
böyük uğurdur.
Bu bir də onu göstərir ki, son illər ərzində Azərbaycan düzgün yol seçmişdir. Yenə də deyirəm, bu yolu bizə ulu öndər göstərmişdir. Biz son illər ərzində
onun siyasi və mənəvi
irsinə sadiq qalaraq,
islahatları apararaq ölkəmizi böyük dərəcədə gücləndirə
bilmişik.
Biz həmişə konkret işlərlə məşğul olmuşuq və bu gün də məşğuluq. Bütün bölgələrin
abadlaşması, bölgələrdə yeni
iş yerlərinin açılması və
belə gözəl sarayların tikintisi bugünkü Azərbaycan
reallıqlarıdır. Dünya üçün ən çətin, ən
böhranlı illərdə
iqtisadiyyatımız artır, maaşlar,
pensiyalar artırılır, infrastruktur layihələrinin icrasında heç bir yubanma, geriləmə yoxdur.
Verilmiş bütün
vədlər yerinə yetirilir.
Eyni zamanda, xarici siyasətimizlə
bağlı ölkə daxilində fikir
ayrılığı yoxdur. Ancaq özlərini ekspert
adlandıran insanlar bəzi hallarda həm ölkə daxilində,
həm də xaricdə bizim xarici siyasətimizlə
bağlı müxtəlif fikirlər səsləndirirdilər.
Bəzi hallarda tənqidi xarakterli fikirlər səsləndirirdilər
ki, Azərbaycanın tarazlaşdırılmış siyasəti
yanlış siyasətdir. Azərbaycan hansısa bir qüvvəyə
yaxın olmalıdır, hansısa qüvvənin qanadı
altına keçməlidir. Bax bu səsvermə bütün
bu yanlış və zərərli fikirləri bir daha alt
-üst etdi. Bu səsvermə göstərdi ki, yeganə
düzgün siyasət Azərbaycan siyasətidir. Bu,
balanslaşdırılmış siyasət deyil. Mən bunu
bir daha demək istəyirəm ki, bu, müstəqil siyasətdir.
Biz müstəqil ölkə kimi özümüzə
hörmət edirik, xalqımıza, dövlətimizə
hörmət edirik. Siyasətimizi yalnız Azərbaycan
xalqının maraqları üzərində qururuq.
Bütün ölkələrlə onların ölçülərindən,
qüdrətindən asılı olmayaraq, bərabərhüquqlu
münasibətlər qurmuşuq. Bu münasibətlər
artıq oturuşmuş münasibətlərdir. Azərbaycanı
dünyada etibarlı tərəfdaş və ləyaqətli
ölkə kimi tanıyırlar. Ona görə xarici siyasətlə
bağlı bundan sonra əminəm ki, fikir
ayrılığı olmayacaqdır. Siyasətimizin uğurlu
olmasını ən yaxşı şəkildə göstərən
bu səsvermədir. Nə üçün mən bu məsələyə
bu qədər diqqət verirəm. Təkcə ona görə
yox ki, bu, bizim böyük qələbəmizdir və
haqlı olaraq fəxr edirik ki, bu qələbəni biz qazanmışıq.
Ona görə ki, artıq bu qələbə 20 illik müstəqillik
dövrünə yekun vurur. Bu, bir mərhələdir. Ən
yüksək səviyyədir ki, biz çatmışıq.
Ancaq bu bizi sakitləşdirməməlidir. Biz gələcəyə
inamla baxırıq. Gələcək haqqında konkret
planlarımız, proqramlarımız vardır və onlar icra
edilir. Bundan sonra 20 il ərzində Azərbaycan hansı nailiyyətlərə
çatacaqdır?! Əlli il bundan sonra Azərbaycan necə
inkişaf edəcəkdir?! Bax o 50 il bundan sonrakı
inkişafın təməlini biz bu gün qoyuruq.
Mən bu yaxınlarda Nazirlər Kabinetinin
toplantısında demişəm ki, son səkkiz ildə
iqtisadiyyatımız üç dəfə artıbdır.
Heç bir ölkədə buna bənzər mənzərə
yoxdur. Bundan sonrakı 10 il ərzində daha iki dəfə də
artmalıdır. Bu, çox ciddi bir siqnaldır və
böyük bir öhdəlikdir. Bunu icra etmək asan
olmayacaqdır. Nəzərə alsaq ki, bugünkü iqtisadi
potensialımız kifayət qədər güclüdür və
bunu iki dəfə artırmaq böyük məharət və
peşəkarlıq tələb edəcəkdir. Ancaq mən
inanıram və bilirəm ki, qəbul edilmiş
proqramların düzgün icrası nəticəsində biz
buna bəlkə də, artıqlaması ilə nail
olacağıq. Biz bu inkişafı ilk növbədə,
qeyri-neft sektorunun hesabına və bölgələrin
hesabına təmin etməliyik. Ona görə hər bir
bölgədə quruculuq-abadlıq işləri ilə bərabər,
investisiya layihələri icra edilir, yeni müəssisələr
yaradılır, iş yerləri açılır və
ölkə iqtisadiyyatı sürətlə inkişaf edir.
Bir daha demək istəyirəm ki,
bugünkü tədbir də, bu möhtəşəm Heydər
Əliyev Sarayı, bu gözəl meydan, əslində Azərbaycanın
inkişafını təcəssüm etdirir. Bu gün
inkişaf edən, çiçəklənən Azərbaycan
üçün belə binalar lazımdır. Məktəblər,
binalar, xəstəxanalar, yollar, abadlıq-quruculuq göz
oxşayır. Bu binalar yaraşıq verir. Bu binalar Azərbaycanın
uğurlu inkişafını əks etdirir.
Əziz dostlar, mən sizi bu gözəl
hadisə münasibətilə bir daha ürəkdən təbrik
edirəm. Bütün ucarlılara cansağlığı və
yeni uğurlar arzu edirəm.
Sağ olun.
* * *
Rayon ictimaiyyəti adından
çıxış edən Gülzar
İSRAYILOVA dövlətimizin başçısına
ucarlılar adından minnətdarlıq edərək dedi:
- Möhtərəm cənab Prezident,
Sizi bütün Ucar ictimaiyyəti adından salamlayır və
rayonumuza "Xoş gəlmisiniz!" deyirəm.
Bu gün biz müstəqil Azərbaycan
adlı şah əsərin müəllifi olan dahi şəxsiyyət
Heydər Əliyevin adını daşıyan möhtəşəm
bir mərkəzin açılışına
toplaşmışıq. Ucarlılar 1978-ci ilin iyun ayında
ulu öndərimizin rayonumuza gəlişini çox
yaxşı xatırlayırlar. O zaman ulu öndərimizin
rayonumuzun bir sıra kəndlərində olması, zəhmət
adamları ilə görüşməsi ucarlıların
yaddaşında dərin iz buraxmışdır. Ulu öndərimizin
respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə
xalqımız üçün gördüyü işlər,
qurub-yaratdıqları indi də hamı tərəfindən
böyük minnətdarlıqla yad edilir. Ölkəmizdə
anarxiyanın, xaosun, özbaşınalığın hökm
sürdüyü 1990-cı illərin əvvəllərində
Azərbaycanımız müstəqilliyini itirmək təhlükəsi
ilə üz-üzə qaldıqda da xalqımız ulu öndərimizə
müraciət etmişdir. O zaman ulu öndərimizin cəsarəti,
qətiyyəti bütün Azərbaycanımızın,
xalqımızın taleyində həlledici rol oynadı. Ulu
öndərimiz müstəqil Azərbaycanı ayağa
qaldırdı, Azərbaycanın bir dövlət kimi
formalaşmasını, möhkəmləndirilməsini,
iqtisadi təhlükəsizliyini təmin etdi. Bundan sonra daim
yaşayacaq bir Azərbaycan dövlətini yaratdı. O ildən
bugünə kimi Azərbaycan bu yolla uğurla irəliləyir.
Bu gün hər birimizdə bir
arxayınlıq vardır. Çünki Siz ən
dürüst yolla - ulu öndərimizin yolu ilə gedir, onun
ölməz ideyalarını çox yüksək səviyyədə
həyata keçirirsiniz. Mən bir təhsil işçisi
kimi bilirəm ki, Heydər Əliyev nümunəsi şagirdlərimizə
Vətənə sədaqət, torpağa sonsuz məhəbbət
və vətənpərvərlik ruhunda tərbiyə
olunmalarına necə müsbət təsir göstərir. Bu əzəmətli
mərkəz bu sahədə apardığımız işlərimizə
güclü təkan verəcəkdir.
Mərkəzdə müxtəlif sahələr
üzrə yaradılmış dərnəklər gənclərimiz arasında sıx
ünsiyyətin qurulmasına xidmət edəcəkdir.
Buradakı elektron kitabxananın köməyi ilə gənclərimiz
dünya kitabxanalarının imkanlarından istifadə edə
biləcək, intellektual səviyyələrini,
dünyagörüşlərini artıracaqlar.
Möhtərəm cənab Prezident, bu
günlərdə xalqımız Azərbaycanın dövlət
müstəqilliyinin bərpa olunmasının 20-ci
ildönümünü böyük qürur hissi ilə qeyd
etdi. Ötən 20 ildə Azərbaycan özünü
bütün dünyaya inkişaf etmiş bir ölkə,
etibarlı tərəfdaş kimi
tanıtdırmışdır. Bu gün Azərbaycanın
dünya dövlətləri arasında nüfuzu artır. 155
dövlətin dəstəyini qazanmaqla Azərbaycanın Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi Sizin
gərgin əməyinizin nəticəsi, Heydər Əliyev
ideyalarının qələbəsidir.
Möhtərəm cənab Prezident, Sizin
diqqət və qayğınız sayəsində bütün
ölkəmiz kimi, Ucar rayonu da sürətlə inkişaf
edir, müasirləşir. Burada gözəl istirahət
parkları salınır, çoxsaylı təhsil və səhiyyə
müəssisələri inşa edilir. Müqəddəs
Qurban bayramı ərəfəsində ən müasir tələblərə
cavab verən uşaq xəstəxanasının, şahmat məktəbinin,
eləcə də digər sosial obyektlərin
açılışı bizim üçün böyük
hədiyyədir. Bütün bunlara görə Sizə və
çox hörmətli Mehriban xanıma bütün
ucarlıların təşəkkürünü və dərin
ehtiramını çatdırıram.
Möhtərəm cənab Prezident, biz
inanırıq ki, yalnız Sizin müdrik rəhbərliyinizlə
xalqımızın taleyüklü problemləri tezliklə
öz həllini tapacaq, ölkəmizin ərazi
bütövlüyü bərpa olunacaqdır. Bu yolda
bütün ucarlılar adından Sizə uzun ömür,
cansağlığı, işlərinizdə müvəffəqiyyətlər
arzu edirəm. Çox sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-
2011.- 1 noyabr.- S.2-3.