Ucarlı
şahmatçılara dəyərli töhfə
Oktyabrın
30-da Prezident İlham Əliyev
Ucar rayonuna səfəri
çərçivəsində şahmat
məktəbinin açılışında iştirak
etmişdir.
Dövlət
başçısı məktəbin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Məlumat
verildi ki, şahmat kompozisiyası formasında tikilmiş bu tədris
ocağının ümumi sahəsi 820 kvadratmetrdir. Şahmat məktəbinin
ərazisində yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Birmərtəbəli məktəbdə
beş tədris, bir kompyuter otağı və xidməti otaqlar vardır. Məktəbin oyun
zalının sahəsi 210 kvadratmetrdir.
Azərbaycan
Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun
təşəbbüsü ilə müasir
üslubda inşa olunan bu tədris binası
bir növ fiqurlar düzülmüş
şahmat taxtasına bənzədilmişdir.
Binanın girişi piyada,
ətrafı top, mərkəzi hissəsi
isə şah fiqurları
formasındadır. Buradakı tədris otaqları məktəblilərin
şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz
olunmuşdur. Elektron
biliklərin əldə olunması və müasir
yeniliklərin qavranılması üçün
ayrıca kompyuter otağı da yaradılmışdır.
Qeyd edildi
ki, müasir
havalandırma sistemi ilə təchiz olunmuş şahmat məktəbinin
oyun zalında ulu
öndər Heydər Əliyev və Prezident
İlham Əliyevin şahmata
və şahmatçılara diqqət və
qayğısını əks etdirən fotoguşələr
yaradılmışdır. Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Burada
oyunların canlı izlənilməsi üçün
xüsusi monitor
quraşdırılmışdır.
Bildirildi ki, Ucar şahmatçıları Azərbaycan
şahmatının inkişafına töhfələrini
verirlər. Yeni şahmat
məktəbi ucarlı şahmatçıların daha böyük nailiyyətlər
əldə etmələrinə imkan
yaradacaqdır.
Dövlət
başçısı şahmat üzrə
Avropa çempionu, bu ilin aprelində Polşada keçirilən dünya
çempionatında 14 yaşlılar arasında ən yüksək
nəticə göstərərək dünya
çempionu adını qazanmış
ucarlı Xatın Bağırova ilə söhbət etdi.
Prezident İlham Əliyev məktəbin
kollektivinə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.-
2011.- 1 noyabr.- S.3.