Ağsu mədəniyyət və istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra açılmışdır

 

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, parkın 9 metr hündürlüyündə 4 sütunlu giriş qapısı milli Azərbaycan memarlığı üslubunda inşa olunmuşdur. İlyarım ərzində başdan-başa yenidən qurulmuş parkın ərazisi 1,6 hektardır. Burada yeni quraşdırılmış fəvvarə parka xüsusi yaraşıq verir. Sakinlər üstü örtülü 6 istirahət guşəsindən istifadə edə biləcəklər. Mədəniyyət və istirahət parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılmış, xalq nağıllarının motivlərini əks etdirən guşə və səhnə yaradılmışdır. Parkda yaşıllaşdırma işləri zamanı əvvəldən mövcud olan həmişəyaşıl bitkiləri saxlamaqla yanaşı, 7,5 min kvadratmetr ərazidə yeni ağaclar və gül kolları əkilmişdir. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 1 noyabr.- S.4.