Ağsuda
Regional Qaz İstismar Sahəsinin açılışı
olmuşdur
Prezident İlham Əliyev oktyabrın 30-da
Ağsu Regional Qaz İstismar
Sahəsinin açılışında
iştirak etmişdir.
Dövlət başçısına məlumat
verildi ki, Ağsuda Regional Qaz İstismar Sahəsi
üçün yeni inzibati binanın tikintisi ətraf rayonların da qazlaşdırılması baxımından
mühüm əhəmiyyətə
malikdir.
Binanın birinci mərtəbəsində
ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
ictimai-siyasi fəaliyyətlərinə həsr olunmuş
fotoguşə yaradılmışdır.
Binanın bütün otaqlarında
müasir mebel və kompyuter avadanlığı quraşdırılmışdır.
Azərbaycan Prezidentinə Ağsu rayonunun
qazlaşdırılması sxemi təqdim olundu.
Bildirildi ki, rayonun yaşayış məntəqələrinə
bir-birinin ardınca təbii qazın verilişi bərpa olunur
və yaxud da yeni xətlər çəkilir. İndiyədək rayon üzrə 1847 abonentin
mexaniki sayğacı "smart kart" tipli sayğacla əvəz olunmuşdur.
Dövlətimizin başçısına
təqdim olunan digər stend isə regional sahənin fəaliyyəti
ilə bağlı idi. Məlumat verildi ki,
indiyədək Ucarda 5 min 191, Ağdaşda 12 min 683, Kürdəmirdə
9 min 453, Göyçayda 9 min
547 abonent təbii qazla təmin olunmuşdur.
Prezident İlham Əliyev bu prosesin daha sürətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını
verdi.
Sonra dövlət başçısı
binanın ikinci mərtəbəsində konfrans
zalı və iş otaqlarında yaradılmış şəraitlə
tanış oldu.
AzərTAc
Azərbaycan.- 2011.- 1 noyabr.- S.4.