Ağsu
şəhər stadionunun
açılışı olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsu şəhər stadionunun
açılışında iştirak etmişdir.
Dövlət başçısı
stadionun rəmzi açılışını bildirən
lenti kəsdi.
Bu müasir idman qurğusunun təməli
2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyevanın Ağsu rayonuna səfəri
çərçivəsində qoyulmuşdur.
Stadionla tanışlıq zamanı Azərbaycan
Prezidentinə məlumat verildi ki, dörd sektorda üç
min tamaşaçı yeri olan stadionun süni örtük
döşənmiş meydançası müasir standartlara
cavab verir. Burada yüksək səviyyəli
yarışların keçirilməsi mümkündür.
Tribunaların üstünə metal konstruksiyalardan ibarət
örtük quraşdırılmışdır. Bundan əlavə,
burada daha iki ministadion idmançıların ixtiyarına
verilmişdir. Kompleksə 4 işıqlandırma lövhəsi,
elektron tablo, kafe, inzibati bina və digər
yardımçı obyektlər daxildir.
İnzibati binada ümummilli lider Heydər
Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə
idmanın inkişafına göstərdikləri
qayğının müxtəlif məqamlarını əks
etdirən fotoguşə yaradılmışdır. Burada
konfrans zalı, həkim məntəqəsi, soyunub-geyinmə və
yuyunma otaqları vardır. Stadionun ətrafına 840 metr
uzunluğunda hasar çəkilmiş və
"Gülbax" daşları ilə üzlənmişdir.
Stadionun yaşıllaşdırma işlərinə də
xüsusi diqqət yetirilmişdir.
Dövlət
başçısının Azərbaycan gəncliyinin
sağlam ruhda böyüməsinə göstərdiyi diqqət
və qayğının daha bir təzahürü olan bu
qurğu Ağsuda idmana olan marağı artırmaqla
yanaşı, peşəkar idmançıların yetişməsində
də həlledici rol oynayacaqdır.
Stadionda yaradılmış şəraiti
yüksək qiymətləndirən Prezident İlham Əliyev
təbriklərini çatdırdı,
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-
2011.- 1 noyabr.- S.4.