Ağsuda
yeni çörək zavodu
istifadəyə verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsuda çörək zavodunun
açılışında iştirak etmişdir.
Dövlət
başçısı zavodu işə
saldı.
İstehsal prosesi
ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə
məlumat verildi ki,
müəssisə əsas sexdən və yardımçı
sahələrdən ibarətdir. Burada Rusiya və Ukraynanın bu sahə üzrə ixtisaslaşmış
zavodlarında buraxılan ən müasir
çörəkbişirmə sobasının,
qıcqırtma avadanlığının və digər
qurğuların quraşdırılması yüksək
keyfiyyətli məhsul hazırlamağa imkan
verir. Zavod
mühəndis kommunikasiyaları ilə tam
təmin olunmuşdur. Sutka
ərzində əhalini 5 ton çörəklə
təmin edəcək müəssisədə 12 nəfər
işləyəcəkdir.
Çörək
məhsulları satış şəbəkəsinə xüsusi ixtisaslaşmış
avtomaşınlarla daşınacaqdır. Zavodun
ərazisi yüksək səviyyədə
abadlaşdırılmışdır.
Dövlət
başçısı zavodun
açılışı münasibətilə təbriklərini
çatdırdı, kollektivə uğurlar
arzuladı.
AzərTAc
Azərbaycan.-
2011.- 1 noyabr.- S.4.