Azərbaycan Prezidenti İlham Əliyev Koreyanın SK şirkətlər qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Koreyanın SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Çey Tae-von  rəhbərlik etdiyi şirkətlər qrupunun Azərbaycanda gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verdi. Qonaq şirkətlər qrupunun Azərbaycanın sürətli iqtisadi inkişafını nəzərə alaraq nəqliyyat sektorunda, o cümlədən avtomobil və dəmir yollarının salınmasında, metro tikintisində, eləcə də informasiya texnologiyaları və qeyri-neft sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu dedi.

Dövlət başçısı Koreyanın SK şirkətlər qrupunun Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin inşası ilə bağlı fəaliyyətinin önəmini qeyd etdi. Prezident İlham Əliyev SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə SK şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 1 noyabr.- S.  6.