Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ədliyyə naziri Sadullah Ergin Türkiyə Respublikasının Prezidenti Abdullah GülünBaş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, nazir kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirdi. Ölkələrimizin ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Sadullah Ergin bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Sadullah Erginin ədliyyə naziri vəzifəsinə təyin olunduqdan sonra ilk rəsmi səfərini qardaş ölkəyə etməsinə toxunan  Prezident İlham Əliyev bunun ölkələrimiz arasında artıq gözəl bir ənənəyə çevrildiyini dedi. Bu yaxınlarda Türkiyənin İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını xatırlayan dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi baxımından toplantının böyük önəm daşıdığını qeyd etdi.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah GülünBaş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını qardaş ölkənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  2.