Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrinin şərh edilməsinə dair sorğusuna baxaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarmışdır.
Sorğuya mahiyyəti
üzrə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 23-nə təyin edilmiş iclasında baxılacaqdır.
Azərbaycan.- 2011.- 2 noyabr.- S. 3.