Prezident İlham Əliyev
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda
yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflinin etimadnaməsini qəbul etmişdir.
Səfir Salem Xalifa Mohamed Əl-Ğafli fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Salem Xalifa Mohamed Əl-Ğafli etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin böyük tarixə malik olduğunu və uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimizin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladı. Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinin ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın daha da dərinləşdirilməsi işi üçün yaxşı imkan yaradacağını bildirdi.
Səfir Salem
Xalifa Mohamed Əl-Ğafli Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Xəlifə
bin Zayid Al Nəhəyanın, Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd
bin Rəşid Al Maktumun və Abu-Dabi əmirliyinin
vəliəhdi Şeyx Məhəmməd bin Zayid Al Nəhəyanın
salamlarını və ən xoş
arzularını dövlətimizin başçısına
çatdırdı. Salem Xalifa
Mohamed Əl-Ğafli Birləşmiş Ərəb Əmirliklərinin
ilk səfiri kimi
ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu
bildirdi.
Dövlətimizin
başçısı Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Xəlifə bin Zayid Al Nəhəyanın,
Birləşmiş Ərəb Əmirliklərinin
vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd
bin Rəşid Al Maktumun və Abu-Dabi əmirliyinin vəliəhdi
Şeyx Məhəmməd bin Zayid Al Nəhəyanın
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentinə, Dubay Əmirinə, Abu-Dabi əmirliyinin
vəliəhdinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 3 noyabr.- S. 1.