Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Xalq artisti"

 

Məmmədov Zakir Qulam oğlu

 

"Əməkdar artist"

 

Əlibalayev Faiq Seyfəl oğlu

Quliyev Almaz Ağadar oğlu

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 4 noyabr.- S. 1.