İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Azərbaycanda keçirilmiş monitorinqin nəticələrindən razıdır

 

 İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında apardığı monitorinqin nəticələrini açıqlamışdır. Bu münasibətlə təşkil olunan mətbuat konfransında çıxış edən Belçika Konstitusiya Məhkəməsinin üzvü Jan Pol Murman monitorinqin nəticələri barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, təcridxanada saxlanılan şəxslərin hüquqları dövlət tərəfindən yüksək səviyyədə qorunur, onlara ailə üzvləri və vəkilləri ilə görüş üçün şərait, müdafiə sənədləri ilə tanış olmaq imkanı yaradılır.

Qeyd edilmişdir ki, müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, insan hüquqları və əsas azadlıqların təmin edilməsi, bazar iqtisadiyyatı və s. sahələrdə həyata keçirilmiş islahatlar beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Belçika Konstitusiya Məhkəməsinin hakimi son vaxtlar bəzi beynəlxalq təşkilatların və dövlətlərin "siyasi məhbus" adı altında başqa bir dövlətin daxili işinə qarışması məsələsinə də toxunmuşbunun yolverilməz olduğunu söyləmişdir. O, Birgə İşçi Qrupunun bununla bağlı bəyanatını oxumuşdur. Bəyanatda deyilir ki, BMT-nin müxtəlif qurumları tərəfindən indiyədək "siyasi məhbus" anlayışı və onun meyarları ilə bağlı hər hansı bir konvensiya, qətnamə və ya digər sənəd qəbul edilməmişdir. AŞ PA-nın plenar iclaslarında da indiyədək "siyasi məhbus" məsələsi ilə bağlı bütün üzv dövlətlərə şamil edilə biləcək heç bir hüquqi sənəd qəbul olunmamışdır.

Ona görə də bəzi beynəlxalq təşkilatların, eləcə də Avropa Şurasının üzvü olan hər hansı bir ölkənin "siyasi məhbus" adı altında Azərbaycan Respublikasında layihə həyata keçirmək niyyəti təəssüf doğurur. Bu cür addımlar Azərbaycanın daxili işlərinə müdaxilə və ölkədə ictimai-siyasi sabitliyin pozulmasına istiqamətlənmiş əsassız və qərəzli addım kimi qiymətləndirilə bilər.

Birgə İşçi Qrupunun üzvü, İspaniya senatorukeçmiş hakim Manuel Altava çıxış edərək demişdir ki, müstəqilliyini bərpa edəndən sonra Azərbaycan çətinlikləri uğurla dəf edərək sosial-siyasi islahatlar həyata keçirmiş, Avropaya inteqrasiya yolu ilə irəliləmişdir.

Birgə İşçi Qrupunun üzvləri monitorinqin nəticələrindən razı qaldıqlarını vurğulamışlar.

Birgə İşçi Qrupuna Azərbaycan, Polşa, Belçika və İspaniyanın hüquqşünasları, elm adamları, insan hüquqları üzrə ekspertləri daxildir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-3 noyabr.- S.  3.