9 noyabr
- Dövlət Bayrağı Günü
münasibətilə tədbir keçirilmişdir
Noyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və Üçüncü Sektor Qeyri-Hökumət Təşkilatları (QHT) Koalisiyası 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirmişlər.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan təşkilatın sədri Vüqar Qədirov Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyəti haqqında danışmışdır. Bu bayramın təsis edilməsi Azərbaycan Prezidentinin dövlət atributlarına verdiyi dəyərin bariz nümunəsidir.
Azərbaycanın dövlət bayrağının tarixindən danışan V.Qədirov bildirmişdir ki, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edilmişdir. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin eyni dövrə təsadüf etməsi də bu uzaqgörən siyasətin məntiqi nəticəsidir.
Milli Məclisin deputatları Flora
Qasımova, Fuad Muradov
və digərləri çıxış edərək
bildirmişlər ki, Azərbaycanda
Dövlət Bayrağı Gününün
qeyd edilməsi müstəqilliyimizin gələcəkdə
daha da möhkəmlənməsinə
və qüdrətlənməsinə xidmət edəcəkdir.
Natiqlər dövlətimizin müqəddəs
rəmzlərindən olan
bayrağımızın doğma
Qarabağımızda dalğalanmasını arzulamış,
gənclərin bayrağa və digər
dövlət rəmzlərinə hörmətlə
yanaşmasının vacibliyini vurğulamışlar.
Azərbaycan.- 2011.-4 noyabr.- S. 4.