Azərbaycanda
milyon illərlə yaşı olan dəniz nəhənglərinin
yeni sümükləri aşkarlanmışdır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun alimləri Bakının Abşeron rayonunun Pirəkəşkül kəndində apardıqları qazıntılar zamanı milyon illərlə yaşı olan dəniz nəhənglərinin yeni sümüklərini aşkarlamışlar.
AMEA-dan AzərTAc-a bildirmişlər ki, Geologiya İnstitutunun Təbiət Tarixi Muzeyinin direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru Tariel Heybətovun rəhbərliyi ilə 5 ildir ki, tədqiqatlar aparılır. Hazırda tapıntılar analiz edilir və daha müfəssəl məlumatlar isə tədqiqatlar başa çatdıqdan sonra açıqlanacaqdır.
Azərbaycanda bu cür qədim dəniz nəhənglərinin
tapıldığı yerlər elmə XIX əsrin ikinci
yarısından məlumdur və o vaxtdan bir çox alimlər
bu barədə elmi əsərlər yazmışlar. Lakin
1980-ci illərin əvvəllərindən 2006-cı ilədək
orada tədqiqatlar xeyli zəifləmişdi.
Həmin arxiv materiallarını araşdıran institutun mətbuat katibi, elmi tədqiqatçı-jurnalist Səid Hüseynov bildirmişdir ki, bu günədək Abşeron yarımadasında 25-30 milyon il bundan əvvəl yaşamış nəhəng dəniz heyvanlarının sümükləri tapılmışdır. Onların sırasında iriayaqlı, quyruqlu, uzunboğaz, əcaib dəniz yırtıcılarının da sümükləri vardır. Həmin yırtıcılar qədim dinozavrların törəmələridir. Bu törəmələrin ən son növləri hazırkı balina və delfinlərdir. Bütün bu nəhənglər o vaxtlar suyun altında olmuş Azərbaycan ərazisində yaşamışdır.
Tədqiqatlar göstərir ki, bu
yırtıcılar vaxtilə quruda yaşamış, sonralar
milyon illər ərzində yer üzünü su örtdükcə
onlar tədricən su heyvanına çevrilmişlər.
Azərbaycan.- 2011.- 4 noyabr.- S. 7.