Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun dəstəklənməsi ilə bağlı bəzi tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkəmizdə elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını və xalqımızın mədəni-tarixi irsinin daha dərindən araşdırılmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 noyabr
2011-ci il
Azərbaycan.- 2011.- 5 noyabr.- S. 1.