Qaradağ
rayonunda hər iki valideynini itirmiş məktəblilərə
Heydər Əliyev Fondu tərəfindən qış geyimləri
və hədiyyələr təqdim olunmuşdur
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli məktəbin hər iki valideynini itirmiş 25 şagirdinə Qurban bayramı münasibətilə Heydər Əliyev Fondu tərəfindən qış geyimləri və hədiyyələr təqdim olunmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev şagirdləri bayram münasibətilə təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamışdır. Bildirilmişdir ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyev ölkədə təhsilə daim diqqət və qayğı ilə yanaşmışdır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə ümumtəhsil müəssisələrinin müasirləşdirilməsi və yenidən qurulmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətlərinin olduğu vurğulanmışdır.
Tədbirdə həmçinin rayonun
Lökbatan, Sahil, Qızıldaş, Ələt və Qobustan
qəsəbələrindəki 13 məktəbdə də hər
iki valideynindən məhrum olan şagirdlərə qış
geyimləri və hədiyyələr verilmişdir. Qeyd edək
ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Qaradağ rayonundakı beş məktəbin binasında əsaslı
təmir işləri aparılmışdır. Rayonun
Çeyildağ qəsəbəsində isə yeni məktəb
binası şagirdlərin və müəllimlərin istifadəsinə
verilmişdir.
Azərbaycan.- 2011.- 5 noyabr.- S. 7.