Beynəlxalq Təhsil Sərgisi təhsillə bağlı Dövlət Proqramına «Kaspi» Təhsil Mərkəzinin verdiyi dəstəkdir

 

 IV Beynəlxalq Təhsil Sərgisi Azərbaycan dövlətinin təhsil proqramına "Kaspi" Təhsil Mərkəzinin verdiyi dəstəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri IV Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimində iştirak edən "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva demişdir.

Sərginin əhəmiyyətindən danışan Sona Vəliyeva dörd ildir fəaliyyət göstərən "Kaspi" Təhsil Mərkəzinin bu illər ərzində hər il belə sərgi keçirdiyini diqqətə çatdırmışdır. Şura sədri bildirmişdir ki, bu sərgilərin təşkilindən məqsəd xaricdə təhsil almaq istəyən gənclərimizin bir sıra ölkələrin nüfuzlu universitetləri ilə tanışlığına, yerli ali məktəblərlə əməkdaşlıq əlaqələrinin qurulmasına, məlumatverici təqdimatların keçirilməsinə şərait yaratmaqdır. S.Vəliyeva "Kaspi" Mərkəzinin bu məqsədlərə müəyyən mənada nail olduğunu da diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, "Kaspi" Təhsil Mərkəzi tərəfindən indiyədək 85-dək azərbaycanlı gəncin xaricdə təhsil almasına şərait yaradılmışdır.

 

 

Azərbaycan.- 2011.- 6 noyabr.- S.  2.