BAYRAQ
Bayraq bir
millətin özünüdərki,
Qeyrəti,
məsləki, əqidəsidir.
İliyindən
keçib, canından gələn,
Dilində
göyərən haqqın səsidir.
Ulu əcdadımın
Qobustandakı
Qayada cizgisi, Qavaldaşıdır.
Yüz illər,
min illər yol keçib gələn,
Nəsillər yaşadan qan yaddaşıdır.
Xətai idrakı, Babək qılıncı,
Koroğlu
sazının öz simidir o.
Babam
Füzulinin qərib məzarı,
Hələbdə
soyulan Nəsimidir o.
Kəpəzdi,
Qoşqardı, Arazdı, Kürdü,
Mayası
atəşdən, oddan yoğrulub.
Üç
rəngi köçürüb öz varlığına,
Bir
aylı gecədə sanki doğulub.
Dönüb bir millətin səcdəgahına,
İgidlər önündə
onun and içər.
"Yaşa, ana yurdum, sən yaşa!" - deyə
Girib döyüşlərə
canından keçər.
Vətən övladları igid, cüssəli,
Düşmənin bağrını
dağıdar, sökər.
Heç nədən qorxmayan oğullar belə
Bayrağın önündə
yalnız diz çökər.
Döyüşlər, savaşlar önündə gedib,
Zəfər ilhamıyla dalğalanıbdır.
Çox vaxt cəbhələrdə
hamıdan qabaq
İlkin zərbələri bayraq alıbdır.
Namusdu, qeyrətdi, şöhrətdi, şandı,
Bayraq ucalanda millət ucalar.
Bayrağı ucaldan oğullar
varsa,
O millət həmişə
zəfərlər çalar.
Dik saxla başını,
dik tut, bayrağım!
Qəddin əyilməsin heç vaxt bir daha.
Hələ qarşıdadır sənin xoş çağın,
Gedək o günləri doğan sabaha!
Seyran CAVADOV
Azərbaycan.- 2011.- 6 noyabr.- S. 3.