Dalğalan, bayrağım!
Dalğalan, bayrağım, dalğalan
ki sən,
İnamla
döyünsün ürəklərimiz!
Yüksəl zirvələrə, öyünsün
Vətən,
Qarşında baş əyib,
səcdə edək
biz!
Aləmə nur ələ, günəş kimi yan,
Dünyaya səs salsın
şöhrətin-şanın!
Dalğalan, bayrağım, məğrur
dalğalan,
Azadlıq rəmzitək Azərbaycanın!
Qürurla şam edək ürəyimizi,
Torpağımız üstə, daşımız üstə!
Nurlu gələcəyə harayla
bizi,
Vüqarla dalğalan başımız
üstə!
Ucadan ucadır adın, şöhrətin,
Arzusan, amalsan, ürəksən, cansan!
Zəfərlər çaldıqca xalqın,
millətin,
Daha zirvələrə ucalacaqsan!
Üç rəng müqəddəslik
nişanəsidir,
Sən də yol gedirsən
müqəddəsliyə!
Köksündə çağlayan haqqın
səsidir,
O səni ucaldır, ucaldır göyə.
Ruhumun çeşməsi, gözü,
əlacı,
Qolumun gücüsən, həm kəsərisən!
Hər yerdə xalqımın başının tacı,
Müqəddəs yurdumun şah əsərisən!
Dalğalan, bayrağım, tarixlər
yarat,
Dolan qarış-qarış bütün
cahanı!
Ucalt Vətənimi, xalqımı
ucalt,
Tanıt
bu dünyaya Azərbaycanı!
Tahir RZA
Azərbaycan.- 2011.-6 noyabr.- S. 4.