Milli Məclisin Sədri Oqtay Əsədov MDB ölkələrinin Parlamentlərarası Assambleyasının iclasında iştirak etmişdir

 

 Sankt-Peterburqun Tavriya Sarayında MDB ölkələrinin Parlamentlərarası Assambleyasının (MDB PA) iclası olmuşdur. İclasda Milli Məclisin Sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Aktual parlamentlərarası qarşılıqlı fəaliyyət və Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya məsələlərinin müzakirə olunduğu iclasda RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko MDB PA Şurasının sədri seçilmişdir.

Milli Məclisin Sədri O.Əsədov iclasdan əvvəl bir sıra görüşlər keçirmiş, fəal ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələrlə bağlı  məsələləri  müzakirə etmişdir. Azərbaycan parlamentinin başçısının Ukrayna Ali Radasının  sədri Vladimir Litvin və digər MDB ölkələrinin parlament sədrləri ilə keçirdiyi görüşlərdə həm ikitərəfli əsasda, həm də çoxtərəfli əməkdaşlıq formatında qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi qeyd olunmuşdur. Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Boris Qrızlovla bir sıra əhəmiyyətli məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-11 noyabr.- S.  2.