Akademik Cəlal Əliyev:
Elmlə məşğul olan insanın əsas məqsədi
həmişə gələcəyə baxmaq, yeni sahələri
inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir
Elmlə məşğul olan insanın əsas məqsədi həmişə gələcəyə baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir. Dünyada həyata keçirilən hər hansı bir elmi prosesi təkrar etmək elmə töhfə vermir, yeni ideyalarla çıxış etmək lazımdır.
Bu fikirləri Milli Məclisin deputatı, akademik Cəlal Əliyev AzərTAc-a müsahibəsində bildirmişdir. Akademik demişdir ki, hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev keçmiş SSRİ-nin müxtəlif respublikalarına hər il yüzlərlə tələbə göndərirdi. İndi onlar xaricdə maraqlı elmi axtarışla məşğuldurlar. Elmin yeni sahələrində işləyən bu azərbaycanlılar, ilk növbədə, xalqımızın qürurudur.
SSRİ dövründə yerli ali məktəbləri
bitirən istedadlı tələbələrin onun təşəbbüsü
ilə seçilib müxtəlif elm mərkəzlərinə,
xüsusilə Sankt-Peterburqa, Novosibirskə göndərildiyini
deyən akademik Cəlal Əliyev qeyd etmişdir ki, o vaxt
Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi.
Mənim təşəbbüsümlə oraya əsasən
riyaziyyatçılar göndərilirdi. Bəzən belə
deyənlər də olurdu ki, bu elmi mərkəz
tanınmaya-tanınmaya Cəlal Əliyev buraya niyə bu qədər
riyaziyyatçı tələbə göndərir? Həmin
vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən
yaxşılardan biri oldu. Ona görə də elmlə məşğul
olan dünəni, bugünü yox, sabahı, o biri günü
görməlidir. O riyaziyyatçılar indi ABŞ, Almaniya,
İngiltərə, Avstraliya, Kanada, Braziliya kimi bir çox
xarici ölkələrdə uğurla işləyir və elmə
töhfələr verirlər.
Azərbaycan.- 2011.- 11 noyabr.- S. 2.