Heydər Əliyev
Fondu Qurban bayramı
münasibətilə tədbirlər keçirmişdir
Türkiyə təmsilçiliyi
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi AİRMED şirkətinin maliyyə dəstəyi ilə Türkiyənin Bursa şəhərində azərbaycanlı tələbələr üçün Qurban bayramı münasibətilə tədbir keçirmişdir.
Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov tələbələri fondun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyevanın adından təbrik etmiş, onlara təhsildə uğurlar diləmişdir. O vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin gənclərimizin xarici ölkələrdə təhsil almasına dəstək siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondu daim bu məsələni diqqət mərkəzində saxlamış, gənclərimizə hər zaman dəstək olmuşdur.
Bayram
tədbiri Əskişəhirdə də davam
etmişdir. Buradakı bayram
süfrəsinə azərbaycanlı tələbələr və
müəllimlər də dəvət olunmuşlar.
Gənclərimiz onların təhsilinə göstərilən
diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini
bildirmiş, ulu
öndərimizin adına layiq
olacaqlarını söyləmişlər. Tədbirlərdə
qurbanlar kəsilmiş, tələbələrimiz
üçün bayram
süfrəsi açılmış, musiqi
proqramları təqdim olunmuşdur.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2011.-11 noyabr.- S. 3.