Argentina Azərbaycanla əməkdaşlıqda maraqlıdır

 

 AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Argentinanın elm, texnologiyaproduktiv innovasiya naziri Lino Baranaoonun rəhbərliyi altında bir qrup nümayəndə heyətilə görüş keçirildi. Qonaqlar AzScienceNet, Tədris-İnnovasiya və Multimedia mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra institutda elmi, tədris proseslərinin yüksək səviyyədə aparılması, müasir texniki avadanlıqlarla təmini, milli innovasiya sisteminin formalaşması istiqamətində həyata keçirilən işlər haqqında qonaqlara ətraflı məlumat verildi. İTİ-də təşkil edilən görüşlər, həyata keçirilən layihələrdən, institutun dünyanın İT üzrə universitetelmi mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən söhbət açıldı.

AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verdi.

AMEA İTİ-də fəaliyyət göstərən alim və mütəxəssislərin elmi məqalələrinin "Tomson Reyestr" tərəfindən müəyyənləşdirilmiş istinad indeksli beynəlxalq jurnallarda nəşr olunduğunu bildirən alim institutun əməkdaşlarının beynəlxalq səviyyəli elmi toplantılarda fəal iştirakından söhbət açdı. O, ölkədə biliklər iqtisadiyyatının formalaşdığını, İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun inkişaf etdiyini, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində "E-elm" layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.

Argentinalı nazir L.Baranao Argentinanın həm özəl, həm də dövlət sektorunda İKT-nin inkişafı və tətbiqinin vacib məsələlərdən olduğunu, bu istiqamətdə işlər aparıldığını və institutun ümumi strukturunuburada aparılan işləri yüksək dəyərləndirdi, Argentina ilə Azərbaycan arasında elmi-texniki sahədə birgə layihələrin həyata keçirilməsində, əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirdi.

 

 

Azərbaycan.- 2011.- 11 noyabr.- S. 5.