Azərbaycan Diplomatik Akademiyasının nümayəndə
heyətinin Brüsselə səfəri
Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə heyəti noyabrın 6-7-də NATO-nun Brüsseldəki mənzil qərargahına səfər etmişdir. ADA-nın müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramının ikinci kursunda təhsil alan 14 tələbə olmuşdur.
Səfər zamanı tələbələr NATO İctimai Diplomatiya Bölməsinin təşkil etdiyi brifinq proqramında iştirak etmişlər. Proqramda NATO-nun peşəkar ekspertləri tərəfindən müxtəlif məsələlər, o cümlədən tərəfdaşlıqlar, əməliyyatlar, enerji təhlükəsizliyi, müdafiə islahatları və digər məsələlər əks olunmuşdur.
Tələbələr bu brifinqləri maraqla qarşılamış və onları qurum ilə əlaqəli məsələlər üzrə biliklərini artırmaq baxımından əhəmiyyətli hesab etmişlər. Həmçinin səfər zamanı ADA heyəti bir neçə NATO səfiri və yüksək rütbəli diplomatlar ilə görüşmüş, onların diplomatik təcrübələrini öyrənmək imkanını qazanmışlar.
Bütövlükdə ADA nümayəndə
heyətinin Brüsselə səfəri NATO İctimai
Diplomatiya Bölməsinin, həmçinin
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin
sıx əməkdaşlığı və dəstəyi ilə
baş tutmuşdur.
Azərbaycan.- 2011.- 11 noyabr.- S. 5.