Azərbaycan və Macarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

Noyabrın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Macarıstan Respublikasının Prezidenti Pal Şmittin bəyanatı

 

- Hörmətli cənab Prezident!

Hörmətli media nümayəndələri, xanımlar cənablar!

Mən bir daha bəyan etmək istəyirəm ki, bu dəvətə görə  Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Əslində bu elə bir fürsətdir ki, xalqlarımız bir-birinə daha da yaxınlaşır öz aralarında daha sıx əlaqələr qururlar.

Cənab Prezident artıq Macarıstana səfər etmişdir. Bir il öncə Baş nazir Orban Azərbaycana səfər etmişdir. Bu səfərlər zamanı çox mühüm danışıqlar aparılmışdır.

Mən Macarıstan Prezidenti kimi Azərbaycana, müstəqil ölkənizə ilk səfər edirəm mən burada tək deyiləm. Mühüm hökumət üzvləri, ölkəmizin işgüzar dairələrinin təmsilçiləri məni müşayiət edirlər. Mən dərin təşəkkürümü bildirirəm ki, burada biznes forum təşkil olunacaqdır. Mən şəxsən öz mövqeyimi bildirmək istəyirəm ki, biz münasibətlərimizin inkişafına çox ciddi şəkildə yanaşırıq.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, biz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində çox dostcasına, mehribancasına bir mübarizə apardıq. Biz istərdik ki, qeyri-daimi üzvlüyə seçilək. Lakin Azərbaycanın qələbəsi, həmçinin bizim ürəyimizcə oldu. Biz Azərbaycana sıx, yaxın tərəfdaş kimi yanaşırıq. Bizim mədəni köklərimiz vardır. Biz burada bir çox sözləri məhz bu sahəyə aid söylədik. Biz, həmçinin ikitərəfli münasibətlər çərçivəsində, Macarıstan ilə Azərbaycan arasındakı əlaqələr sahəsində eyni zamanda, Avropa İttifaqı ilə münasibətlər sahəsində bir çox addımları atırıq. Biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, Azərbaycan xalqı mümkün qədər qısa müddət ərzində asanlıqla vizalar ala bilsin səfərlər etsin. Mən çox şadam ki, bu danışıqlar sürətləndiriləcəkdir.

Biz bu gün çox mühüm danışıqlar apardıq. Əslində bizim görə biləcəyimiz işlər, xalqlarımız, azərbaycanlı dostlarımız üçün görəcəyimiz işlər əsasən kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi sahələrindəki işlərə aid olan məsələlərdir ki, Macarıstanın bu sahədə böyük təcrübəsi vardır. Macarıstanda əczaçılıq sənayesi inkişaf etmişdir biz çox istərdik ki, siz müxtəlif tenderlərdə iştirak edəsiniz.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, hazırda, demək olar, bütün Avropanın diqqəti Bakıya yönəlib. Çünki hamı o ümidlə yaşayır ki, məhz bu marşrutda, buradan Avropaya çatdırılacaq enerji resurslarının marşrutlarında şaxələndirmə təmin olunacaqdır.

Mən mədəniyyət, idman, təhsil, elm sahələrindəki əməkdaşlığımızı da qeyd etmək istərdim. Mən cənab Prezidentin diqqətini bir fakta yönəltdim ki, biz hər il böyük, mühüm tədbirlər keçiririk. Onlardan biri qurultay adlanır həmin tədbirdə dörddəbir milyon şəxs iştirak edir. Əslində həmin tədbirlər çərçivəsində biz öz ümumi köklərimizi müzakirə edirik. Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər dostluğa əsaslanır.

Biznes sahəsində əlaqələrimiz genişlənir bizim üçün olduqca vacibdir ki, həmçinin insanlar arasında da yaxınlaşma olsun. Biz çox mühüm sazişlərin imzalanmasında iştirak etdik. İki ölkənin əməkdaşlığı bir sıra qanunverici sənədlərlə tənzimlənir. Bu gün imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Biz hesab edirik ki, bu, aramızda olan etimadı daha da gücləndirəcək müvafiq qurumlar arasında əməkdaşlıq genişlənəcəkdir. Mən bundan sonra da qurumlarımızdan təkliflər gözləyirəm. Bu gün bizim növbəti danışıqlarımız olacaq. Mən parlamentin spikeri ilə, Baş nazir ilə görüşlər keçirəcəyəm.

Cənab Prezident, Sizə olduqca minnətdaram, Siz gözəl bir sürpriz hazırlamısınız. Bəstəkar Listin əsərlərinə həsr olunmuş  konsert təşkil olunacaqdır. Biz Sizə çox minnətdarıq ki, Avropa musiqisinin təmsilçisinə bu qədər diqqətlə yanaşırsınız.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-12  noyabr.- S. 2.