Azərbaycanın
Baş naziri
Macarıstan Prezidenti ilə görüşmüşdür
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 11-də ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt ilə görüşmüşdür.
Macarıstan Prezidenti Azərbaycana rəsmi səfərindən məmnunluğunu ifadə etmişdir. Prezident Pal Şmitt birgə əməkdaşlığın inkişafının böyük maraq kəsb etdiyini, bunun üçün hər iki ölkənin geniş imkanlara malik olduğunu diqqətə çatdırmışdır. Ali qonaq qeyd etmişdir ki, Macarıstan Azərbaycanı özünə strateji tərəfdaş hesab edir.
Baş nazir Artur Rasizadə söyləmişdir ki, iki ölkə arasındakı əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafı Prezident Pal Şmittin Azərbaycana səfərindən sonra yeni mərhələyə qədəm qoyacaqdır.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-12 noyabr.- S. 4.