Azərbaycanın
Baş naziri
Macarıstan Prezidenti ilə görüşmüşdür
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 11-də ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt ilə görüşmüşdür.
Macarıstan Prezidenti Azərbaycana
rəsmi səfərindən məmnunluğunu
ifadə etmişdir. Prezident
Pal Şmitt birgə əməkdaşlığın
inkişafının böyük maraq kəsb etdiyini, bunun üçün hər
iki ölkənin geniş
imkanlara malik olduğunu diqqətə
çatdırmışdır. Ali qonaq qeyd etmişdir
ki, Macarıstan Azərbaycanı
özünə strateji tərəfdaş
hesab edir.
Baş
nazir Artur Rasizadə söyləmişdir ki, iki ölkə
arasındakı əlaqələrin, xüsusilə iqtisadi sahədə
əməkdaşlığın inkişafı Prezident Pal
Şmittin Azərbaycana səfərindən sonra yeni mərhələyə
qədəm qoyacaqdır.
Görüşdə
Azərbaycan ilə Macarıstan arasında ikitərəfli
münasibətlərin inkişafına dair fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 12 noyabr.- S. 4.